Məhkəmə dələduzluqda təqsirləndirilən 3 nəfərə bəraət verdi

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxslər - Pərviz Fərəcov, Xəyal Əmiraslanov və Etimad Həsənovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxslərin vəkili Xəyal İbrahimov məlumat verib.

Bildirilib, Şəki Rayon Məhkəməsinin hakimi Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Pərviz Fərəcov, Xəyal Əmiraslanov və Etimad Həsənova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə bəraət verilib.

Xatırladaq ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, şirkətlərdən birinə məxsus 16.694.40 (on altı min altı yüz doxsan dörd manat qırx qəpik) manat dəyərində məhsulları ələ keçirməkdə təqsirləndirilirdi.

Orxan Rasifoğlu