- 17:28 | 04.10.2024
- Məhkəmə
"Franks İnternational Middle East (Bvi) LTD Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialına cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, şirkət altı yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə