- 17:18 | 04.10.2024
- Məhkəmə
Hacıqabulda oğurluq etməkdə təqsirləndirilən Dilqəm Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Hakim Orxan Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Dilqəm Yusifov rayon ərazisində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrik dirəyini oğurlamaqda təqsirləndirilir. Onun bir müddət əvvəl rayon ərazisindən QSC-yə məxsus daha 3 elektrik dirəyini oğurladığı və bununla da quruma 18000 manatdan artıq maddi ziyan vurduğu məlum olub. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə