- 17:08 | 04.10.2024
- Məhkəmə
Ağcabədidə bacısını öldürməkdə təqsirləndirilən Sadiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Neymət Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Sadiq Kərimov Ağcabədi rayonu, Hindarx qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bacısı, 1993-cü il təvəllüdlü Səbinə Məmmədovanı öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə