- 15:14 | 02.10.2024
- Məhkəmə
HHəyat yoldaşına balta ilə xəsarət yetirərək öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cəzası azaldılıb.
Bu barədə E-huquq.az-a onun vəkili Altay Mirzəyev məlumat verib.
Belə ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılaraq cəzası 9 ildən 7 ilə endirilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun hökmünə əsasən, L.İmaşova qəsdən adam öldürməyə cəhddə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında dərhal həhs edilib.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü L.İmaşova həyat yoldaşı, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu balta ilə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.
Orxan Rasifoğlu