Məhkəmə evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 12:12

Saatlıdan evlərdən oğurluq etməkdə təqsirləndirilən Rüstəm Qəmbərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

Hakim Mirlətif Sadıqovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Qəmbər Rüstəmov rayon ərazisində yerləşən iki evdən oğurluq etmöəkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər