"Green Petrol" cərimələnə bilər


  • 12:00

"Green Petrol" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi (müvafiq icazə, olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) ilə inzibati protokol tərtib olunub.

İşə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Green Petrol" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər