- 20 sentyabr 15:57
- Məhkəmə
"Qafqaz Construction" Mənzil Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Protokola hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, MTK min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə