- 17:26 | 17.09.2024
- Məhkəmə
Biləsuvarda qohumunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Emin Kərimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Ayşən Vəliyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 2-də keçiriləcək.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Emin Kərimli Biləsuvar rayonu ərazisində qohumu, 1989-cu il təvəllüdlü Elçin Əmənova idarə etdiyi "Mercedes" markalı avtomobildən ov silahından atəş açmaqla yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.24-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə