- 14:55 | 17.09.2024
- Məhkəmə
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Vüsal Piriyevin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Onun barəsində seçilmiş "başqa yerə getməmək haqqında" qətimkan tədbiri ləğv edilib.
Qeyd edək ki, hadisə ötən il mayın 23-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü, "Xəzər" mühafizə xidmətində mühafizəçi işləyən Vüsal Piriyev idarə etdiyi "BYD" markalı avtomobillə Binəqədi kəndi istiqamətində hərəkətdə olarkən piyada - 1968-ci il təvəllüdlü Kərəm Fərzəliyevi vurub. Nəticədə piyada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə