"Prokter & Gembl Azərbaycan Servisləri" cərimələnə bilər


  • 17 Sentyabr 14:23

"Prokter & Gembl Azərbaycan Servisləri" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər