- 18:36 | 22.04.2024
- Məhkəmə
Ağdamda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Avdın Zeynalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılmaıs üçün Ağdam Rayon Məhkəməsinə göndərilib.
İş hakim Rafiq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 7-nə təyin olunub.
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Avdın Zeynalov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Hindarxı-Borsunlu yolunun Ağdamın Quzanlı qəsəbəsi ərazisindən keçən hissəsində rayon sakini, 1985-ci il təvəllüdlü Səxavət Əliyevi vurub. Ağır xəsarət alan piyada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə