- 18:14 | 22.04.2024
- Məhkəmə
Bakıda gözəllik salonundan oğurluq etməkdə təqsirləndirilən Rüstəm Əhmədov və Ruslan Bekineyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elnurə Rəcəbovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtıı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Ruslan Bekineyev və Rüstəm Əhmədov paytaxtın Bakıxanov qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 3000 manat dəyərində məişət əşyaları oğurlamaqda təqsirli bilinir. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə