- 17:59 | 01.03.2024
- Məhkəmə
Samuxda evdən oğurluq etməkdə təqsirləndirilən Sərxan Balakişiyev və Rövşən Məhərəmmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanmış materiallar baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilib.
Hakim Gündüz Şirinovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş Rövşən Məhərrəmov və onun bacısı oğlu Sərxan Balakişiyev rayonun Kolayır kəndindəki fərdi yaşayış evlərinin birindən ümumi dəyəri 3500 manat olan müxtəlif məişət əşyalarını oğurlamaqda təqsirləndirilirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə