Bakıda avtomobil oğurluğunda ittiham olunan şəxsin məhkəməsi başlayır

Bakıda avtomobil oğurlamaqda təqsirləndirilən Əkbər Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.

Hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bakı şəhər sakinləri Əkbər Kərimov Binə qəsəbəsi Atçılıq yaşayış sahəsindən "Mercedes" markalı avtomobilin qaçırılmasında təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə