- 20:43 | 21.09.2023
- Məhkəmə
Test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək ilkin tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurmuş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən yekun müsahibələr keçirilib.
Bu barədə e-huquq.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirilib ki, yekun müsahibədə namizədlərin uzunmüddətli tədris kursunun proqramını mənimsəmə səviyyəsi, onların hüquq sahəsində nəzəri və praktiki biliklərinin tətbiqi bacarığı və ümumi dünyagörüşü, hakim işləmək üçün zəruri olan keyfiyyətlərə yiyələnməsi Komitə tərəfindən qiymətləndirilib, 32 hakimliyə namizəd yekun müsahibədə müvəffəqiyyət qazanmış, onların qiymətləndirməsinin nəticələri və ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq, 28.09.2023-cü il tarixdə Şura tərəfindən müvafiq məsələyə baxılaraq, namizədlərlə söhbət və ixtisaslaşma aparılacaq.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısını təqdim edirik:
Abiyeva Nərmin Mirhəsən qızı
Bayramov Orxan Telman oğlu
Bədəlov Xəyal Natiq oğlu
Bəşirov Cəmil İsmayıl oğlu
Əfəndizadə Tural Qurbanəli oğlu
Əliyev Tural Yusif oğlu
Əliyeva Aynur Məhəmməd qızı
Əliyeva Leyla Kamil qızı
Əliyeva Starə Vidadil qızı
Əliyeva Vəsilə Əlövsət qızı
Həbibova Könül Əbülfəz qızı
Həmidli Fərman Fəzail oğlu
Xanməmmədova Liza Əliəşrəf qızı
İsmayılov Elmir Akif oğlu
İsmayılov Samir Bəyistan oğlu
Qasımov Abusət Sahib oğlu
Qələndərzadə Ramiq Ramis oğlu
Quliyev Tariyel Şirindil oğlu
Quliyeva Güləndam Gündüz qızı
Qurbanova Gülnaz İntiqam qızı
Qurbanova Pərvanə Tahir qızı
Məmmədli Aydan Zakir qızı
Məmmədov Pərviz Şahin oğlu
Məmmədova Esmira Qərib qızı
Mirhəsənli Mirnəsir Mirfazil oğlu
Mirzəfərova Könül Murtuz qızı
Muradov Pərviz Namiq oğlu
Musayev Kamran İbrahim oğlu
Musayeva Vüsalə Vahid qızı
Mürsəlova Aygün Mayıl qızı
Rzayeva Fəridə İslam qızı
Şirəliyeva Vəfa Zavrulla qızı