- 11:16 | 02.06.2023
- Məhkəmə
"Məhkəmə hakimiyyətində qadınların roluna əhəmiyyət verilir".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, bu il təyin edilmiş hakimlərin 40 faizini qadınlar təşkil edir. Sədr müavinin sözlərinə görə, bu rəqəm ildən ilə artır.
"Ali Məhkəmənin Aparatında də rəhbər vəzifələrdə, əsasən, qadınlar çalışır. Məsələn, Məhkəmə işlərinin idarə edilməsi şöbəsi yaradılıb ki, həmin şöbədə 5 sektordan 4-nə qadınlar rəhbərlik edir", - deyə Ç.Əsgərov qeyd edib.
Şəbnəm Mehdizadə