Bakının məhkəmələrinə yeni sədrlər təyin edildi

Bakı şəhərinin rayon məhkəmələri üzrə yeni sədrlər təyin edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri, Azər İslah oğlu Paşayev Bakı Ağır Сinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri, Həbib Bəhram oğlu Həsənov Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri, İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri, İlham Əziz oğlu Kərimli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri, Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri, Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri, Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri təyin edilib.