Baş prokuror Beyləqanda vətəndaşları qəbul edəcək


  • 11:09

Baş prokuror Kamran Əliyev martın 4-də, saat 10:00-da Beyləqan rayon prokurorluğunun inzibati binasında Beyləqan, Füzuli, İmişli, Sabirabad, Saatlı, Xocavənd və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Beyləqan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər