Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin olundu


  • 17 Sentyabr 15:25

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin olunub.

Bu barədə e-huquq.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Talıb Cəfərov Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

Talıb Cəfərov bu təyinata qədər Elm-Tədris Mərkəzinin rəis müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Mərkəzin əvvəlki rəisi Mübariz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər