Şamaxıda avtomobil ağaca çırpıldı, sürücü öldü


  • 20 Aprel 00:42

Aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, “Niva” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayev idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində ağır xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Şamaxı rayon polis şöbəsində cinayət işi başlanıb, istintaq davam edir.

Oxşar xəbərlər