Naxçıvan şəhərində yanğın olub


  • 13 Oktyabr 10:53

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə gecə saatlarında Naxçıvan şəhərində həyətyanı sahədə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisə nəticəsində 200 m² quru otluq sahə yanıb, yardımçı tikili və fərdi yaşayış evi yanğından mühafizə olunub.

Oxşar xəbərlər