- 23:36 | 05.10.2024
- Hadisə
Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.
E-huquq.az xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavodu” ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vurub.
23 yaşlı gənc hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.