Bakı-Qazax yolunda piyadanı maşın vurub


  • 5 Oktyabr 19:26

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik maşını Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Göyçay rayonunun Alpoud kənd sakini Elçin Azər oğlu İsmayılovu vurub.

Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb.

Fakt araşdırılır.

Oxşar xəbərlər