Bakıda məktəbin qazanxanasında partlayış olub, xəsarət alan var - FOTO


  • 13:27

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi ərazisindən çağırış daxil olub.

Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Bu barədə e-huquq.az-a məktəbdən bildirilib.

Qeyd edilib ki, dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək.

Qeyd edək ki, qazanxanaya ciddi ziyan dəyməyib.

Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Oxşar xəbərlər