Bakı sakininə qarşı 60 min manatlıq dələduzluq olub

Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60 min manatının ələ keçirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.