Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü


  • 29 Sentyabr 23:00

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

“Ford” markalı avtomobil yolu keçən piyadanı vurub.

Hadisə nəticəsində ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılarkən yolda ölüb.

Piyadanın kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər