Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb


  • 18 Sentyabr 15:21

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Biləsuvar rayonunun Ağayrı kəndi ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili ilə traktor toqquşub.

Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər