Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var


  • 16 Sentyabr 15:08

Şəkidə yol qəzası olub.

E-huquq.az xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayonu Kiçik Dəhnə kənd sakini Rəhman Mustafayevin idarə etdiyi “Changan” markalı minik avtomobili ilə rayonun Böyük Dəhnə kənd sakini Röyal Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

“Changan”ın sürücüsü R. Mustafayev və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 15 Sentyabr 22:48
Bakıda avtomobil yandı