Türkiyədə 8 qanunsuz miqrant saxlanılıb


  • 10 Sentyabr 16:08

Türkiyənin Bitlis şəhərində 8 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bitlisin Adilcevaz rayonunda qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə əməliyyat keçirilib.

Əməliyyat çərçivəsində polis qeyri-qanuni miqrantları qərb əyalətlərinə aparmağa çalışan şübhəli avtomobili saxlayıb.

Avtomobilə baxış zamanı avtomobilin baqajında və arxa oturacağında əfqan əsilli 8 qeyri-qanuni miqrant aşkar edilib.

Hadisə ilə bağlı 1 nəfər həbs edilib.

Qeyri-qanuni miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər

  • 15 Sentyabr 22:48
Bakıda avtomobil yandı