- 19:22 | 08.09.2024
- Hadisə
Sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Tural Lətifov və 3 sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.