Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərləndi


  • 6 Sentyabr 19:51

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

E-huquq.az xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

  • 15 Sentyabr 22:48
Bakıda avtomobil yandı