- 27 Fevral 23:40
ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş bəzi sanksiyaların müddətini bir il uzadıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda qeyd olunur.
Həmin məlumatda söhbət 21 fevral 2022-ci ildə ABŞ-nin 46-cı prezidenti Co Bayden, 20 sentyabr 2018-ci ildə ilk prezidentlik dövründə Donald Tramp, eləcə də ABŞ-nin 44-cü prezidenti Barak Obama tərəfindən 6 mart, 16 mart, 20 dekabr, 2018-ci il tarixlərində Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlərdən gedir.
Tramp belə qənaətə gəlib ki, bütün bu məhdudlaşdırıcı tədbirlər 6 mart 2025-ci ildən sonra da qüvvədə qalmalıdır.