- 22:37
Türkiyədə fəaliyyət göstərən DEM Partiyasının heyəti bu gün İmralı adasındakı həbsxanada saxlanılan PKK terror təşkilatının lideri Abdulla Öcalanla üçüncü dəfə görüşüb.
E-huquq.az xəbər verir ki, adaya səfərdən sonra İstanbulda mətbuat konfransı keçirən heyət üzvləri tərəfindən terror qruplarına silahların yerə qoyulması və PKK-nın özünü buraxması ilə bağlı çağırışı oxunub.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin vəkili Afkan Ala bununla bağlı açıqlama verərək deyib: “Çağırışın mahiyyəti silahların yerə qoyulması və terror təşkilatının özünü buraxmasıdır. Biz nəticəyə baxırıq”.