- 22:37
ABŞ-ın Texas ştatında qızılca epidemiyasından ölüm faktı qeydə alınıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu 2015-ci ildən bu yana ölkədə qızılcadan ilk ölüm faktıdır.
Ölən şəxsin azyaşlı uşaq olduğu və onun qızılcaya qarşı peyvənd edilmədiyi bildirilib.
Fevralın əvvəlindən Texasda ən azı 124 nəfərin qızılcaya yoluxduğu, onlardan yalnız 5-nin peyvənd olunduğu və yoluxanların əksəriyyətinin uşaqlar olduğu bildirilir.
Nyu-Meksiko ştatında isə indiyədək 9 qızılcaya yoluxma halının olduğu məlum olub.
ABŞ-da qızılcadan ən son ölüm faktı 2015-ci ildə olub. Qızılcadan uşaq ölümü isə 2003-cü ildə qeydə alınıb.
Humay Eminqızı