- 22:37
Filippində danq qızdırmasından ölənlərin sayının artmasına görə ehtiyat tədbirləri gücləndirilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin Metro Manila bölgəsinin ən böyük şəhəri olan Quezon şəhərində danq qızdırması hallarında ciddi artım baş verib. Fevral ayından bəri Quenzo şəhərində 2500-dən çox yoluxma aşkar edilib.
Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 261,9 faiz artım deməkdir.
İlin əvvəlindən bəri qızdırmadan ən azı 11 nəfər ölüb, xəstələrin demək olar ki, yarısı 10 yaşa qədər uşaqlardır.
Xəstəliyə qarşı mübarizə çərçivəsində yerli hakimiyyət orqanları aztəminatlı və əhalinin sıx məskunlaşdığı ərazilərdə və məktəblərdə təmizlik və dezinfeksiya işlərini artırıb.
Həmçinin ölkədə səhiyyə ocaqlarının iş saatları uzadılıb.
Şəbnəm Mehdizadə