Tayvanda maşın çökən yola düşüb


  • 17:40

Tayvanda minik avtomobili çökən yola düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sinzhu şəhərində baş verib.

Belə ki, Tayvanın Sinzhu əyalətinin Çjudonq şəhərində yol qəflətən çöküb. Nəticədə park edilmiş avtomobil qəfil çökmə nəticəsində yerin 5 metr altına düşüb.

Xoşbəxtlikdən hadisə zamanı avtomobildə heç kim olmayıb.

İlkin araşdırmalara görə, çökmə hadisəsi şirkət tərəfindən ərazidə aparılan qanunsuz tikinti nəticəsində baş verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər