- 22:37
Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlamaya görə, son 48 saatda dağıntılar altından 17 nəfərin cəsədi çıxarılıb , 19 nəfər isə yaralanıb.
Ümumilikdə Qəzza zolağında həyatını itirən fələstinlilərin sayının artaraq 48 min 365, yaralı sayının isə 111 min 780 olduğu bildirilib.
İsrailin atəşkəs razılaşmasından sonra Qəzzaya hücumları nəticəsində isə 92 fələstinlinin həlak olduğu bildirilir.
Humay Eminqızı