- 18:01
Taylandda itkin düşən turist meşədə cansız vəziyyətdə tapılıb.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Tailandda itkin düşən isveçli turistin meyiti Mae Honq Son əyalətindəki Pai kurortunun yaxınlığındakı meşədə tapılıb.
Yana Torsten Karlsson adlı turist sonuncu dəfə fevralın 21-i səhər saatlarında görülüb. Dörd gün sonra meşədə gəzən yerli kənd sakini onun cəsədi ilə rastlaşıb. Daha sonra kurort sahibi həmin şəxsin kimliyini təsdiqləyib.
Karlssonun sərxoş halda uçurumdan yıxılmış ola biləcəyi ehtimal edilir.
Hadisənin dəqiq səbəblərini öyrənmək üçün cəsəd tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı İsveç səfirliyi və turistin ailəsi məlumatlandırılıb.
Humay Eminqızı