- 18:01
ABŞ-da yerləşən özəl kosmos kəşfiyyat şirkəti "Intuitive Machines" Günəş görməyən kraterləri araşdırmaq üçün Aya kosmik gəmi göndərib.
E-hüquq.az xarici mətbuata istinadən xəbər verir ki, “Athena” adlı kosmik gəmi İlon Maskın yaratdığı "SpaceX" tərəfindən istehsal olunan "Falcon 9" raketi ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən səmaya göndərilib.
“Grace” adlı bu pilotsuz uçuş aparatının Ayın cənub qütbündə yerləşən və heç vaxt günəş işığı almayan kraterdə buz, su və ya qaz olub olmadığını müəyyən etmək üçün təxminən 20 metr dərinliyə enməsi planlaşdırılır. Kraterlərdə buz aşkar edilərsə, bu buzdan gələcəkdə su, oksigen və raket yanacağının istehsalı üçün istifadə edilməsi nəzərdə tutulur.
Kosmik aparatın martın 6-da Ayın orbitinə daxil olmağı gözlənilir.
Humay Eminqızı