- 18:01
Yaponiyada meşə yanğınları ilə bağlı təxliyə işlərinə başlanılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın İvate əyalətinin Ofunato şəhərində dünən başlayan meşə yanğını ilə əlaqədar olaraq 2 min nəfər təxliyyə olunub.
Yanğın nəticəsində 600 hektar ərazi külə olub.
Ərazidə aparılan işlər zamanı yanmış 1 meyit aşkar edilib.
Rəsmilər yanğının söndürülməsi istiqamətində işlərin davam etdiyini bildirib.
Humay Eminqızı