- 18:01
Rusiyada “WhatsApp” mesajlaşma proqramına cərimə yazılıb.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "WhatsApp"a qarşı açılan işə paytaxt Moskva məhkəməsində baxılıb.
"WhatsApp"ın Rusiyadakı tətbiqdə istifadəçilərin məlumatlarını lokallaşdırmaması səbəbi ilə qanuna tabe olmadığı qənaətinə gələn məhkəmə, şirkəti 17 milyon rubl cərimə ödəməyə məcbur edib.
“WhatsApp”dan əlavə ölkədə “Spotify” və “LinkedIn” kimi müxtəlif xarici platformalar da istifadəçi məlumatlarını lokallaşdırmadıqları üçün cərimələnib.
Şəbnəm Mehdizadə