- 15:34
Türkiyənin 10 əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu terror təşkilatına üzv olmaq və təşkilatın təbliğatını aparmaq cinayətləri ilə istintaqa cəlb edilən 13 şübhəli haqqında həbs qərarı çıxarıb.
Jandarma Komandanlığı İzmir, Adana, Ankara, Osmaniye, Elazığ, İstanbul, Adıyaman, Mersin, Isparta və Yalovada eyni vaxtda əməliyyat keçirib.
Keçirilən əməliyyatda 9 şübhəli tutulub.
Digər 4 şübhəlilnin tutulması istiqamətində axtarış işlərii davam edir.
Şəbnəm Mehdizadə