- 15:34
Türkiyənin Qaziantep və Van şəhərlərində 7 nəfər dəm qazından zəhərlənib.
E-hüquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Qaziantepin Oğuzeli rayonunda sobadan sızan qaz nəticəsində evdə olan 3 nəfər zəhərlənib.
Xəstəxanaya aparılan şəxslərin həyatını xilas etmək mümkün olmayıb.
Vanın İpekyolu rayonunda isə 4 nəfər dəm qazından zəhərlənib. Onlardan bir nəfər ölüb, 3 nəfər isə xəstəxanada müalicə olunur.
Humay Eminqızı