- 17:13 | 13.10.2024
- Dünya
“İran mümkün müharibəyə hazırdır”.
E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bu, İranın qəti mövqeyidir: Biz müharibə vəziyyətinə tamamilə hazırıq. Bununla belə, biz müharibə istəmirik, sülh axtarırıq. Biz Qəzza və Livanda ədalətli sülh üçün çalışacağıq”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, rəsmi Tehran son günlər Yaxın Şərqdə genişmiqyaslı müharibənin qarşısını almaq üçün çox işlər görür, lakin öz vətəndaşlarının və milli maraqlarının qorunmasında heç bir güzəştə getməyəcək.
O, həmçinin qeyd edib ki, ABŞ İsrailə rekord sayda silah göndərib və raket sistemlərini idarə etmək üçün yəhudi dövlətinə Amerika əsgərlərini göndərməyi planlaşdırır.
Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin komandanı Alirez Tanqsirib bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusu ilə birbaşa toqquşma olacağı təqdirdə bir neçə plan hazırlayıb.