Türkiyədə fabrikdə güclü yanğın olub


  • 15:18

Türkiyənin Tekirdağ şəhərində fabrikdə güclü yanğın baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Tekirdağın Çerkezköy rayonunda dəri istehsal edən fabrikində naməlum səbəbdən yanğın başlayıb.

Bölgəyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Ərazidəki vətəndaşlar təxliyə edilib.

Yanğında tüstüdən təsirlənən 2 fəhlə və hündürlükdən yıxılaraq xəsarət alan yanğınsöndürən Çerkezköy Dövlət Xəstəxanasına aparılıb.

Təxminən 20 saat sonra yanğının qarşısı alınıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər