- 20 sentyabr 22:46
- Dünya
Birləşmiş Millətlər Təşkilatı İsrail və Livan arasında vəziyyətin gərginləşməsindən, xüsusən də İsrailin Beyruta endirdiyi hava hücumundan son dərəcə narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
E-huquq.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Biz İsrailin Livanla sərhədində vəziyyətin gərginləşməsindən, o cümlədən bu gün Beyruta edilən hücumdan son dərəcə narahatıq. Biz bütün tərəfləri dərhal gərginliyi azaltmağa çağırırıq, hər kəs maksimum təmkinli davranmalıdır”, - BMT rəsmisi qeyd edib.
Düjarrik əlavə edib ki, dünya təşkilatı həmçinin regionda hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.