İngiltərədə sincablar qatara hücum edib, səfər təxirə salınıb


  • 18 Sentyabr 11:50

İngiltərənin paytaxtı Londonda sincablar qatara hücum edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Gatwick hava limanına gedən qatara minən sincablar vaqonda çaxnaşmaya səbəb olub.

Sincablar arxa vaqona daxil olduqdan sonra sərnişinlərə hücum edib.

İşçilər sincabların başqa vaqonlara keçməsinin qarşısını almaq üçün vaqonun qapılarını bağlamalı olub.

Hadisə nəticəsində qatar reysi təxirə salınıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər