Türkiyədə 13 qanunsuz miqrant xilas edilib


  • 18 Sentyabr 11:04

Türkiyənin Aydın şəhərində 13 qanunsuz miqrant xilas edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aydının Didim rayonunda mühərriki xarab olan qayıqda qanunsuz miqrantların olduğu müəyyən edilib.

Bölgəyə dərhal Sahil Mühafizəsinə məxsus qayıq göndərilib.

Qayıqda olan 13 qanunsuz miqrant Komandanlığın əməkdaşları tərəfindən xilas edilib.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər