- 13:48 | 17.09.2024
- Dünya
Peruda iyul ayından bəri davam edən meşə yanğınlarında 15 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Perunun baş naziri Qustavo Adrianzen məlumat verib.
O, yanğınlar nəticəsində 3 min hektardan çox kənd təsərrüfatı sahəsi yandığını bildirib.
Həmçinin yanğınlar nəticəsində 98 nəfər xəsarət alıb, 334 iribuynuzlu heyvan tələf olub.
Nazir meşə yanğınlarının insanlar tərəfindən törədildiyini də vurğulayıb.
Şəbnəm Mehdizadə